Ana məzmuna keç

AzInTelecom MMC

Rəqəmsal həllər üzrə təcrübəçi

Bakı, AzərbaycanInternship
6 may 2026 tarixində paylaşılıbMənbə: Glorri414 baxış

Vakansiya təsviri

Cybersecurityfocused .NET development istiqaməti üzrə

 .NET (C#, ASP.NET Core) əsaslı backend xidmətlərinin və API-lərin hazırlanmasında iştirak

• Mövcud kod bazasının təkmilləşdirilməsi və yeni funksionallıqların əlavə olunmasına dəstək

• Autentifikasiya, avtorizasiya və məlumatların şifrələnməsi proseslərinin tətbiqində iştirak

• Secure coding prinsiplərinə uyğun inkişaf və OWASP zəifliklərinin aradan qaldırılmasına dəstək

• Unit və inteqrasiya testlərinin yazılması, loglama və monitorinq mexanizmlərinin tətbiqi

• Sistem performansının optimallaşdırılması və CI/CD proseslərində iştirak

• Texniki sənədləşdirmənin hazırlanmasına dəstək


QA testing istiqaməti üzrə

Web və mobil tətbiqlərin manual testlərinin aparılması (funksional, reqressiya, smoke)

• Test keyslərin hazırlanması və idarə olunması (QASE.io)

• Aşkar edilən xətaların qeydiyyatı və izlənməsi (JIRA)

• API testlərinin Postman/Swagger vasitəsilə icrasında iştirak

• Selenium və Appium ilə test avtomatlaşdırılmasının öyrənilməsi və tətbiqinə dəstək

• Test nəticələri üzrə hesabatların hazırlanması və SDLC/STLC proseslərində iştirak


Database administration istiqaməti üzrə

• Verilənlər bazası serverlərinin (Oracle, MSSQL, PostgreSQL və s.) gündəlik monitorinqində iştirak

• Sistem loglarının izlənməsi və potensial xətaların müəyyənləşdirilməsinə dəstək

• Backup proseslərinin izlənməsi və test mühitində restore əməliyyatlarında iştirak

• Sadə SQL sorğularının yazılması və optimallaşdırılmasına dəstək

• İstifadəçi icazələrinin idarə olunması və disk istifadəsi üzrə hesabatların hazırlanması

• Texniki problemlərin və həll yollarının sənədləşdirilməsi

Vakansiyalar BirJob API-si ilə təmin olunur. Reklam Yeri vakansiyaların məzmunu və işəgötürənlə bağlı şərtlərə görə məsuliyyət daşımır.

Rəqəmsal həllər üzrə təcrübəçi — AzInTelecom MMC, Bakı