Ana məzmuna keç

Baku Steel Company

Mühəndis – texnoloq

Sumqayıt, AzərbaycanFull-time
6 may 2026 tarixində paylaşılıbMənbə: Glorri262 baxış

Vakansiya təsviri

İşin qısa təsviri:

  • Yivaçma sahəsində istehsal prosesinin düzgün planlaşdırılması və idarə olunmasını təmin etmək;
  • Boruların və detalların yivlənməsi və faskalanması proseslərinə nəzarət etmək;
  • CNC dəzgahlarında texnoloji prosesləri qurmaq və idarə etmək;
  • CNC kodlarını müstəqil şəkildə yazmaq və optimallaşdırmaq;
  • API və GOST standartlarına uyğun istehsal proseslərinin icrasını təmin etmək;
  • Məhsulun keyfiyyətinə və sifarişlərin vaxtında icrasına nəzarət etmək.

Vəzifə funksiyaları və öhdəlikləri:

  • Dəzgahların işlək vəziyyətdə saxlanılmasını təşkil etmək və nasazlıqlarla bağlı texniki xidmətə məlumat vermək;
  • Texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Gündəlik və aylıq istehsalat hesabatlarını hazırlamaq;
  • Material və alət sərfiyyatına nəzarət etmək, itki və israf hallarının qarşısını almaq;
  • Yeni işçilərin adaptasiya və təlim prosesində iştirak etmək;
  • Texniki sənədlərə və normativ tələblərə uyğun istehsal prosesinin icrasına nəzarət etmək.

Vakansiyalar BirJob API-si ilə təmin olunur. Reklam Yeri vakansiyaların məzmunu və işəgötürənlə bağlı şərtlərə görə məsuliyyət daşımır.

Mühəndis – texnoloq — Baku Steel Company, Sumqayıt