MSolution
Hüquqşünas
Vakansiya təsviri
Fintech layihələrinin hüquqi arxitekturasını quracaq, biznes hədəfləri ilə hüquqi risklər arasında balans yaradacaq və dinamik mühitdə komandamızın hüquqi dayağı olacaq peşəkar mütəxəssis axtarırıq.
Vəzifə Öhdəlikləri
• Şirkətin müqavilə, məktub, arayış və digər hüquqi sənədlərini hazırlamaq.
• Müştəri, tərəfdaş, bank və dövlət qurumları ilə hüquqi yazışmalarda iştirak etmək.
• Yeni fintech və ödəniş məhsullarının hüquqi uyğunluğunu analiz etmək.
• E-commerce, payout, aggregator, prefunding və digər ödəniş modelləri üzrə hüquqi riskləri qiymətləndirmək.
• AML/KYC, compliance və risk proseslərinə hüquqi dəstək göstərmək.
• Mərkəzi Bank və digər tənzimləyici qurumların tələblərinə uyğunluq üzrə sənədləşmədə iştirak etmək.
• Daxili qaydalar, prosedurlar və siyasətlərin hazırlanmasına dəstək vermək.
• Şirkətin hüquqi sənəd dövriyyəsini idarə etmək.
• Məhsul, risk, AML və biznes komandaları ilə birlikdə işləmək