Prime Cotton
Gözətçi (Şirvan "Yağ-Piy")
Şirvan, AzərbaycanFull-time
7 may 2026 tarixində paylaşılıbMənbə: Glorri122 baxış
Vakansiya təsviri
- Xidmətə başlamazdan əvvəl əvvəlki növbədə çalışan əməkdaşdan obyektə aid açarları, qıfılları, möhürləri, sənədləri və digər texniki avadanlıqları təhvil almaq, həmçinin növbə zamanı baş vermiş hadisələr barədə məlumat əldə etmək;
- Obyektin mühafizəsi zamanı sındırılmış qapı, pəncərə, qıfıl, möhür və digər nasazlıqlar aşkar edildikdə dərhal birbaşa tabe olduğu rəhbəri məlumatlandırmaq və aidiyyəti rəhbər şəxslər gələnədək obyektin təhlükəsiz mühafizəsini təmin etmək;
- Daxili intizam və buraxılış qaydalarına uyğun olaraq müəssisə, idarə və təşkilatın giriş-çıxışına nəzarət etmək, işçilərin, müştərilərin və nəqliyyat vasitələrinin yalnız müvafiq sənədlər təqdim edildikdən sonra əraziyə daxil olmasına və çıxışına icazə vermək;
- Obyektə gətirilən və ya obyekt ərazisindən çıxarılan qiymətli materialların qeydiyyatını aparmaq;
- Obyektin əmlakının qorunmasını təmin etmək, kənar şəxslərin obyekt ərazisinə qanunsuz daxil olmasının qarşısını almaq;
- Hüquq pozuntularının qarşısının alınması və mühafizə olunan obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülmüş tədbirlər barədə birbaşa tabe olduğu rəhbəri yazılı şəkildə məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək;
- Cəmiyyətdə qəbul olunmuş daxili qayda, prosedur və etik davranış normalarına riayət etmək.