Ana məzmuna keç

TABIA Group LLC

SƏTƏM üzrə Menecer

Şabran, AzərbaycanFull-time
7 may 2026 tarixində paylaşılıbMənbə: Glorri1.326 baxış

Vakansiya təsviri

  • Müəssisədə SƏTƏM işinin təşkili və əlaqələndirilməsi.
  • Müəssisə işçiləri tərəfindən SƏTƏM qanunvericilik və normativ hüquqi aktlara əməl edilməsinə nəzarət.
  • Müəssisənin SƏTƏM baxımından fəaliyyətinin təhlil edilməsi və rəhbərliyə hesabatlar təqdim edilməsi, fəaliyyətin təkmilləşdirilməsi üçün tədbirlər təklif edilməsi.
  • İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsinin təşkili.
  • Mütəmadi yoxlamalar aparmaq, nöqsanları aradan qaldırmaq üçün prosedurlar hazırlamaq və baş vermiş iş hadisələri və qəzaların səbəblərini təhlil etmək və qarşısının alınması üçün tədbirlər hazırlamaq.
  • Statistik məlumatların toplanması, risklərin qiymətləndirilməsi, işçilərə təlimatların keçirilməsi və müəssisənin SƏTƏM qanunvericiliyinə uyğunluğunun təmin edilməsi.
  • SƏTƏM qanunvericiliyinin yerinə yetirilməsi və məsul şəxslərə göstərişlərin verilməsi.
  • Dövlət orqanlarında və ictimai təşkilatlarda SƏTƏM məsələləri üzrə müəssisənin təmsil edilməsi.
  • Vahid Məlumat Reyestrində (yoxlama.gov.az portalında) qeyd olunmuş SƏTƏM-lə bağlı səlahiyyətli dövlət orqanı tərəfindən aparılan yoxlamaların nəzərdən keçirilməsi, məlumatların əldə edilməsi və rəhbərliyə çatdırılması.
  • Müəssisədə hər hansı yoxlama aparılan səlahiyyətli dövlət orqanının yaranan uyğunsuzluqların aradan qaldırılması üçün hazırlama işlərinə və düzəldici tədbirlərə nəzarət.
  • SƏTƏM üzrə təlimat keçməyən, bilikləri yoxlanılmayan və qaydaları pozan işçilərlə bağlı tədbirlərin görülməsi üçün məlumat vermək.
  • Müəssisənin ərazilərdə, restoranlarda sanitar gigiyena qaydalarına nəzarət etmək.
  • Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Müəssisə rəhbərinin və SƏTƏM üzrə funksional rəhbərinin verdiyi tapşırıqların yerinə yetirilməsi.
  • Hotel direktoruna və TABİA Qrupu HSE Menecerinə birbaşa hesabat vermək.

Vakansiyalar BirJob API-si ilə təmin olunur. Reklam Yeri vakansiyaların məzmunu və işəgötürənlə bağlı şərtlərə görə məsuliyyət daşımır.