"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ağcabədi filialı üzrə Müştəri xidməti təmsilçisi
Vakansiya təsviri
“Rabitəbank” ASC Ağcabədi filialı üzrə Müştəri xidməti təmsilçisi vəzifəsinə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
· Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
· Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
· Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
· Ödəniş terminallarından istifadə qaydaları haqqında məlumatların verilməsi.