Ana məzmuna keç

National Artificial Intelligence Center

İcma idarəçisi

Bakı, AzərbaycanFull-time
7 may 2026 tarixində paylaşılıbMənbə: Glorri252 baxış

Vakansiya təsviri

Milli Süni İntellekt Mərkəzi (MSİM), AZCON Holding-in tərkibində fəaliyyət göstərərək Azərbaycanda süni intellekt sahəsində tədqiqatların inkişafını və tətbiqini təşviq edir. Mərkəz, süni intellekt texnologiyalarının tətbiqi və miqyaslandırılması vasitəsilə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir. MSİM olaraq, ölkədə süni intellekt sahəsində tələbələri, Süni intellekt mühəndislərini, tədqiqatçıları, sənaye ekspertlərini və digər maraqlı tərəfləri bir araya gətirəcək, aktiv və davamlı Süni intellekt icmasının inkişafını təmin edəcək İcma və Ekosistem üzrə mütəxəssis axtarırıq. Bu rolda siz Süni intellekt icmasının formalaşdırılması və koordinasiyası, bilik mübadiləsinin təşviqi, icma əsaslı təşəbbüslərin həyata keçirilməsi və müxtəlif ekosistem iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində aktiv rol alacaqsınız. Fəaliyyətiniz ölkədə Süni intellekt sahəsində insan kapitalının inkişafına, tətbiqi innovasiyaların təşviqinə və milli Süni intellekt ekosisteminin gücləndirilməsinə töhfə verəcək.

Vakansiyalar BirJob API-si ilə təmin olunur. Reklam Yeri vakansiyaların məzmunu və işəgötürənlə bağlı şərtlərə görə məsuliyyət daşımır.