"Azərbaycan Hava Yolları" QSC
Milli Aviasiya Akademiyası tələbələri üçün "Yay Təcrübə Proqramı"
Bakı, AzərbaycanFull-time
7 may 2026 tarixində paylaşılıbMənbə: Glorri332 baxış
Vakansiya təsviri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyasının tələbələri üçün yay təcrübə proqramına qeydiyyatın başlandığını elan edir.
Proqram çərçivəsində tələbələr Azərbaycanın yeganə və aparıcı aviaşirkətində real iş mühiti ilə tanış olmaq, praktiki bilik və bacarıqlar qazanmaq imkanı əldə edəcəklər. Təcrübə proqramı AZAL QSC-nin müxtəlif struktur bölmələrini əhatə edəcək və iştirakçılara peşəkar inkişaf üçün əlverişli imkanlar yaradacaq.