PASHA Bank
Back-End Proqramlaşdırma üzə Mütəxəssis
Bakı, AzərbaycanFull-time
8 may 2026 tarixində paylaşılıbMənbə: Glorri4.184 baxış
Vakansiya təsviri
İşiniz nədən ibarətdir?
- Rəqəmsal məhsulların yaradılması üzrə back-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq;
- Proqram təminatında baş verəcək hadisələrin qeydiyyatının aparılması, məlumatların daxili və kənar sistemlərə mövcud tələblər əsasında inteqrasiya edilməsi və izlənməsi;
- Bulud hesablama həlləri üzrə inteqrasiyalar, CI/CD prosesində yaxından iştirak etmək;
- Back-end həllərin yaradılması üzrə mövcud prinsip və prosedurları tətbiq edərək ölçülə bilən, dayanıqlı və imtinaya davamlı proqramlar yaratmaq;
- Dəqiq və funksional həllər üçün qəbul edilmiş konvensiya və qaydalara uyğun kodlar yazmaq, komandada digər proqramçıların kodlarını nəzərdə keçirmək;
- Üçüncü tərəflə işləmək, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə çalışmaq;
- Maneələrin aradan qaldırılması və biznes ehtiyaclarını ödəmək üçün texniki həllər hazırlamaq
- Digər komanda fərdləri ilə mütəmadi işləmək, arxitektual həlləri nəzərdən keçirib sənədləşdirmək;
- Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
- Komandanın cavabdehlik daşıdığı proqram təminatlarının unit, inteqrasiya testlərini hazırlamaq, həmçinin keyfiyyət yoxlama testlərində aktiv iştirak etmək;
- Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.