Ana məzmuna keç

Azərbaycan Dəmir Yolları

Böyük İT analitik (müvəqqəti)

Bakı, AzərbaycanFull-time
8 may 2026 tarixində paylaşılıbMənbə: Glorri163 baxış

Vakansiya təsviri

  •  Biznes tələblərinin müəyyənləşdirilməsi və onların rəqəmsal layihələr çərçivəsində funksional tələblərə çevrilməsi məqsədilə layihənin maraqlı tərəfləri ilə sıx əməkdaşlıq etmək;
  • Prosesin təkmilləşdirilməsi imkanlarını müəyyən etmək üçün layihə məlumatlarını və performans göstəricilərini təhlil etmək;
  • Layihələr üzrə tələb və məlumatların toplanması məqsədilə çarpaz funksional komandalar arasında görüşlərin təşkili və idarə olunmasını təmin etmək;
  • Layihənin planlaşdırılması və icrasını dəstəkləmək üçün istifadə hallarını, istifadəçi hekayələrini və digər layihə artefaktlarını hazırlamaq;
  • Layihə çərçivəsində yaranan problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və həlli üçün layihə menecerləri, proqramçılar və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək;
  • Layihənin uğurlu çatdırılmasını təmin etmək üçün layihə cədvəlləri və resurs planlarının yaradılmasında rəqəmsal PMO komandasına dəstək olmaq;
  • Layihənin vəziyyəti və gedişatının görünməsini təmin etmək üçün layihə tablosunu və hesabat şablonlarını hazırlamaq üçün rəqəmsal PMO komandası ilə işləmək Layihə sənədlərinin aktual olmasını və layihənin həyat dövrü ərzində düzgün saxlanmasını təmin etmək;
  • Layihə statusları və nəticələri barədə rəhbərlik və maraqlı tərəflər üçün hesabat təqdim etmək.

Vakansiyalar BirJob API-si ilə təmin olunur. Reklam Yeri vakansiyaların məzmunu və işəgötürənlə bağlı şərtlərə görə məsuliyyət daşımır.