Tabaterra MMC
Senior information security specialist
Bakı, AzərbaycanFull-time
7 may 2026 tarixində paylaşılıbMənbə: Glorri394 baxış
Vakansiya təsviri
- Təşkilatın informasiya təhlükəsizliyi siyasətlərini, standartlarını və prosedurlarını hazırlanmasında və bunların tətbiq olunmasında iştirak edilməsi;
- ISO 27001, NIST və digər beynəlxalq çərçivələrə uyğunluq strategiyasının müəyyən edilməsi;
- Informasiya təhlükəsizliyi risklərinin müntəzəm qiymətləndirilməsinin aparırılması, təhlükələrin təhlil edilməsi və riskin azaldılması üçün tədbirlər planın hazırlanması;
- Nüfuzetmə testləri (penetration testing) və zəiflik qiymətləndirmələrini planlaşdırılması və nəticələrinə əsasən düzəlişlərin həyata keçirilməsinin təmin edilməsi;
- Üçüncü tərəf təchizatçılarının və xidmət provayderlərinin təhlükəsizlik risklərini də qiymətləndirilməsi;
- IAM (Identity and Access Management) sistemlərinin layihələndirməsi və idarə edilməsi;
- Privileged Access Management (PAM) həllərinin idarə edilməsi;
- Giriş hüquqlarının müntəzəm nəzərdən keçirilməsinin (Access Review) təşkil edilməsi;
- Single Sign-On (SSO) və Active Directory/LDAP təhlükəsizliyinin təmin edilməsi;
- Çoxfaktorlu autentifikasiya (MFA) həllərinin tətbiq edilməsi;
- Firewall, IDS/IPS, SIEM, DLP, EDR kimi təhlükəsizlik infrastrukturunun səmərəli işləməsinin təmin edilməsi;
- Kiberinsidentlərin aşkar edilməsi, araşdırılması, reaksiya verilməsi və bərpa prosesinin idarə edilməsi.