OBA Market MMC
Market şəbəkələrində Keyfiyyətə Nəzarət üzrə mütəxəssis( Salyan)
Salyan, AzərbaycanFull-time
8 may 2026 tarixində paylaşılıbMənbə: Glorri334 baxış
Vakansiya təsviri
- Marketlərdə Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələblərinin tətbiqinə nəzarət etmək
- Qida təhlükəsizliyinin minimal tələbləri ilə bağlı personalın təlimləndirilməsini təmin etmək
- Marketlərdə plana uyğun yoxlamaların həyata keçirilməsini təmin etmək və nəticələrə əsasən hesabatlar hazırlamaq
- Uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işlərin təşkilini və icrasını izləmək
- Personal tərəfindən gigiyenik tələblərə riayət olunmasına nəzarət etmək
- Marketlərdə məhsulların istifadə müddətlərinə və yararlılığına nəzarət etmək, müddəti bitmiş və yararsız məhsulların aktlaşdırılaraq rəfdən çıxarılmasını təmin etmək, həftəlik və aylıq hesabatlar təqdim etmək
- Məhsulların marketlərdə düzgün saxlanılmasına nəzarət etmək
- Marketlərdə mal qonşuluğu prinsipinə riayət olunmasına nəzarət etmək
- Tədarükçü müəssisələrdə məhsulların istehsalı, saxlanılması və qablaşdırılması proseslərinin qida təhlükəsizliyi tələblərinə uyğunluğunu və gigiyenik qaydalara riayət olunmasını yoxlamaq
- Tədarükçülərin hazır məhsul daşıyan nəqliyyat vasitələrinin sanitar vəziyyətini və daşınma tələblərinə uyğunluğunu yoxlamaq
- Tədarükçülərin istehsal sahələrinin sanitar-gigiyenik normalara uyğunluğunu yoxlamaq
- Tədarükçülər üzrə audit planlarının razılaşdırılmasını təmin etmək və aidiyyəti şəxslərə hesabatlar təqdim etmək
- Standartların tələblərindən irəli gələn digər nəzarət mexanizmlərinin və təlimatların hazırlanmasını təmin etmək
- İş fəaliyyəti ilə bağlı birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək