“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti
Biznes proseslərin idarə edilməsi üzrə baş mütəxəssis
Vakansiya təsviri
Vəzifənin məqsədi: Şirkətin fəaliyyət effektivliyini artırmaq məqsədilə mövcud biznes proseslərin auditini həyata keçirəcək, optimallaşdırma imkanlarını müəyyən edəcək və yeni effektiv iş axınlarını (workflow) dizayn edərək tətbiqinə nəzarət edəcək.
Vəzifə öhtəlikləri:
Proseslərin xəritələndirilməsi:
Şirkətdaxili bütün biznes proseslərin "As-Is" (mövcud vəziyyət) analizinin aparılması və "To-Be" (hədəflənən) modellərinin hazırlanması;
Optimallaşdırma:
Məhsuldarlığı artırmaq və itkiləri azaltmaq üçün proseslərin reinjinirinqi (BPR) və təkmilləşdirilməsi;
Reqlamentasiya:
Proseslərə dair daxili prosedurların, təlimatların və siyasətlərin layihələrinin hazırlanması;
KPI İdarəetməsi:
Biznes proseslərin effektivliyini ölçmək üçün əsas fəaliyyət (performans) göstəricilərinin (KPI) müəyyən edilməsi və monitorinqi;
Sənədləşdirmə:
İş axını diaqramlarının (Flowcharts) beynəlxalq standartlara (məsələn, BPMN 2.0) uyğun hazırlanması;
Koordinasiya:
Struktur bölmələr arası inteqrasiya proseslərinin idarə edilməsi və funksional kəsişmələrdə yaranan boşluqların aradan qaldırılması.