Ana məzmuna keç

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti

SƏTƏM üzrə Baş mütəxəssis

Bakı, AzərbaycanFull-time
6 may 2026 tarixində paylaşılıbMənbə: Glorri2.421 baxış

Vakansiya təsviri

  • Holdinqin aparatında və strukturuna daxil olan müəssisələrdə SƏTƏM siyasətinin formalaşdırılması, tətbiqi və strateji səviyyədə koordinasiyasına funksiya rəhbərinə dəstək göstərmək;
  • Tabeli müəssisələrdə əmək təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin qorunması üzrə normativ sənədlərin hazırlanmasına rəhbərlik etmək və onların icrasına nəzarət etməkdə iştirak;
  • Holdinq tabeliyində olan müəssisələrdə iş yerlərinin atestasiyası prosesinin təminində iştirak etmək
  • İstehsalat müəssisələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ekoloji tələblərə uyğunluğun monitorinqini həyata keçirmək, uyğunluğun təmin olunması üçün tədbirlər planlaşdırmaq və rəhbərliyə dövrü hesabatlar təqdim etmək;
  • Qəza, insident və peşə xəstəlikləri ilə bağlı baş verə biləcək halların araşdırılmasını təşkil etmək, əsas səbəbləri təhlil etmək və gələcəkdə bu risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlərin işlənib hazırlanmasını təmin etmək;
  • Müəssisələr üzrə əməyin mühafizəsi və risklərin idarə olunması sahəsində risk dəyərləndirmələrinin təşkili, nəticələrin sənədləşdirilməsi və izləmə sisteminin qurulmasına nəzarət etmək;
  • Holdinq üzrə vahid standartlara əsaslanan daxili SƏTƏM təlimatlarının, siyasət sənədlərinin və prosedurlarının hazırlanmasına rəhbərlik etmək və onların vahid şəkildə icrasına nəzarət etmək;
  • Tabeli müəssisələrdə fəaliyyət göstərən SƏTƏM mütəxəssislərinin işinə funksional rəhbərlik etmək, koordinasiya və performans monitorinqini həyata keçirmək, ehtiyac olduqda sahəvi dəstək göstərmək;
  • SƏTƏM sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə təlim planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək;
  • SƏTƏM üzrə llik fəaliyyət planlarının, strateji inkişaf proqramlarının və  hesabatların hazırlanmasına rəhbərlik etmək, rəhbərliyə müntəzəm olaraq analitik hesabatlar təqdim etmək.
  • Sahə üzrə beynəlxalq təcrübələrin öyrənilməsi və SƏTƏM idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı funksional rəhbərə təkliflərin verilməsi


Vakansiyalar BirJob API-si ilə təmin olunur. Reklam Yeri vakansiyaların məzmunu və işəgötürənlə bağlı şərtlərə görə məsuliyyət daşımır.