“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti
Büdcə və planlaşdırma şöbəsi-mütəxəssis
Bakı, AzərbaycanFull-time
6 may 2026 tarixində paylaşılıbMənbə: Glorri933 baxış
Vakansiya təsviri
- “Azərsilah” QSC-nin illik və dövri büdcə planlarının hazırlanmasında iştirak edilməsi:
- “Azərsilah” QSC və onun strukturuna daxil olan hüquqi şəxslər üzrə illik büdcə və proqnozlaşdırma prosesində iştirak edilməsi;
- Büdcələrin “Azərsilah” QSC-nin strateji məqsədləri ilə uyğunlaşdırılması prosesində iştirak edilməsi;
- Maliyyə hesabatlarının dəqiqliyini təmin etmək üçün büdcə məlumatlarının toplanması və konsolidasiyasına dəstək verilməsi;
- Qərar qəbulunu dəstəkləmək məqsədilə maliyyə modellərinin və ssenari təhlillərinin hazırlanmasında iştirak edilməsi;
- Digər əlaqəli vəzifə və məsuliyyətlərin yerinə yetirilməsi.
- Büdcənin təhlili və monitorinqində iştirak edilməsi:
- Büdcə və maliyyə göstəricilərinin təhlili prosesində iştirak edərək kənarlaşmaların səbəblərinin müəyyən edilməsinə dəstək göstərilməsi;
- Xərclərin azaldılması və resursların səmərəli istifadəsi üçün təkliflərin hazırlanmasında iştirak edilməsi.
- Maya dəyərinin hesablanmasında iştirak edilməsi:
- Plan-maya dəyərlərinin hesablanması, plan-fakt monitorinqinin və təhlilinin aparılması;
- Xərc fərqlərinin təhlil edilməsi, səmərəsizliyin müəyyənləşdirilməsi və tədbirlərin tövsiyə olunmasında iştirak edilməsi.
- Əsas səmərəlilik göstəricilərinin (ƏSG) nəticələri ilə bağlı maliyyə hesabatlarının formalaşdırılmasında iştirak edilməsi:
- ƏSG-nin maliyyə nəticələrinin təhlil edilməsi və səmərəliliyin artırılması üçün tövsiyələrin hazırlanması.
- Rəhbərlik və maraqlı tərəflərlə əlaqələr:
- Rəhbərlik və idarə heyəti üçün büdcə, maliyyə proqnozları və analitik hesabatların hazırlanması;
- İcra proseslərini dəstəkləmək məqsədilə maliyyə göstəricilərinin və strategiyaların müzakirəsi üçün koordinasiyanın təmin edilməsi.
- Şöbənin fəaliyyət sahəsi ilə bağlı əmr layihələrinin, məktub və digər sənədlərin hazırlanmasında iştirak edilməsi.